Bütün insanlar yenidən dirildiləcəkdirlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Bütün insanlar yenidən dirildiləcəkdirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar belə deyirdilər: “Biz ölüb torpaq və sür-sümük olduqdan sonra təkrar dirildiləcəyik?
(Vaqiə surəsi, 47)📋
- Əvvəlki atalarımız da?”
(Vaqiə surəsi, 48)📋
- De: “Heç şübhəsiz, əvvəlkilər də, sonrakılar da,
(Vaqiə surəsi, 49)📋
- Məlum bir günün (axirət gününün) müəyyən vaxtında toplanacaqlar.
(Vaqiə surəsi, 50)📋
- Allah ölüdən dirini, diridən də ölünü çıxardar. Torpaq öldükdən sonra (Allah) ona can verər. Siz də belə çıxardılacaqsınız.
(Rum surəsi, 19)📋