Gözləri dəhşət içindədir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Gözləri dəhşət içindədir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Ey elçi!) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma! Sadəcə, Allah onları (cəzalandırmağı) gözlərin (qorxudan) bərələcəyi günə (axirətə) qədər təxirə salır.
(İbrahim surəsi, 42)📋
- Onlar (o gün) gözlərini belə qırpmadan başlarını göyə qaldırıb, qəlbi bomboş halda (qeyri-ixtiyari olaraq carçıya tərəf) qaçacaqlar.
(İbrahim surəsi, 43)📋