""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Sonra (şirk qoşaraq özlərinə) zülm edənlərə: “Dadın əbədi əzabı! Siz ancaq qazandıqlarınıza görə cəzalandırılacaqsınız!” - deyiləcəkdir.
(Yunis surəsi, 52)📋
- Onlar cəhənnəmdən çıxmaq istəyərlər, lakin oradan çıxa bilməyəcəklər. Onlar üçün daimi bir əzab vardır.
(Maidə surəsi, 37)📋
- Onlar orada əbədi qalacaqlar. Onların əzabları yüngülləşdirilməyəcək və onlara heç möhlət də verilməyəcəkdir.
(Ali İmran surəsi, 88)📋
- Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!”
(Mömin surəsi, 46)📋
- Onlar cəhənnəmdə bir-biri ilə mübahisə etdikləri zaman (dünyada ikən) aciz olanlar təkəbbürlənənlərə: “Biz sizin arxanızca gedirdik. İndi siz cəhənnəm əzabının bir hissəsini bizdən sovuşdura bilərsinizmi?” - deyəcəklər.
(Mömin surəsi, 47)📋
- İnkar edənlər üçün isə cəhənnəm odu vardır. Nə onların ölmələri üçün hökm verilər, nə də əzabları yüngülləşdirilər. Biz hər bir inkar edəni bu cür cəzalandırarıq.
(Fatir surəsi, 36)📋
- Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.
(Beyyinə surəsi, 6)📋