Allaha qarşı itaətsiz və hörmətsizdir MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allaha qarşı itaətsiz və hörmətsizdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- And olsun ki, sizi yaratdıq və sonra sizə (ən gözəl) surət verdik. Sonra mələklərə: “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa (hamısı) dərhal səcdə etdi. O, səcdə edənlərdən olmadı.
(Əraf surəsi, 11)📋
- Və onu hər bir asi şeytandan qoruduq.
(Saffat surəsi, 7)📋
- Atacan, şeytana ibadət etmə! Şübhəsiz, şeytan Rəhmana (Allaha) üsyan etmişdir.
(Məryəm surəsi, 44)📋
- Vaxtilə Biz mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməyi) rədd etdi.
(Taha surəsi, 116)📋
- İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
(Hicr surəsi, 31)📋
- Bir vaxtlar mələklərə (və İblisə): “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa (onların hamısı) dərhal səcdə etdilər. İblis isə: “Palçıqdan yaratdığın birinəmi səcdə edəcəyəm?” – dedi.
(İsra surəsi, 61)📋