""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, dərhal Allaha sığın. Çünki O, eşidəndir, biləndir.
(Əraf surəsi, 200)📋
- Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər.
(Əraf surəsi, 201)📋
- De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
(Muminun surəsi, 97)📋
- Ey Rəbbim! Onların mənə yaxın gəlməsindən də Sənə sığınıram!”
(Muminun surəsi, 98)📋
- Onu (bətnindəki uşağı) dünyaya gətirdiyi zaman dedi: “Ey Rəbbim, mən bir qız uşağı dünyaya gətirdim”. Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. (O dedi:) “Axı, oğlan qız kimi deyil. Mən ona Məryəm adını qoydum. Mən onu və onun nəslini, qovulmuş Şeytandan Sənə sığındırıram!”
(Ali İmran surəsi, 36)📋