Qurandakı bilik və hikməti dəyərsiz görənlər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Qurandakı bilik və hikməti dəyərsiz görənlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ayələrimiz onlara oxunduğu zaman dedilər ki: “Eşitdik. İstəsəydik, biz də bunun bənzərini əlbəttə, söyləyə bilərdik. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”.
(Ənfal surəsi, 31)📋
- Ayələrimiz ona oxunduğu zaman o: “Əvvəlkilərin əfsanələridir!” - deyər.
(Qələm surəsi, 15)📋
- Əlbəttə, bu, bizə də, daha əvvəl atalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”.
(Muminun surəsi, 83)📋