Allah cin tayfalarını da xidmətinə verə bilər MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allah cin tayfalarını da xidmətinə verə bilər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o qeyb olanlardan mı oldu?
(Nəml surəsi, 20)📋
- Onu şiddətli bir şəkildə cəzalandıracağam və ya kəsəcəyəm, yaxud da o mənə (olmamağının səbəbini göstərən) açıq bir dəlil gətirəcək!”
(Nəml surəsi, 21)📋
- Çox keçmədən (hüdhüd gəlib) dedi: “Sənin bilmədiyin bir şey öyrəndim. Səbədən sənə dəqiq bir xəbər gətirmişəm.
(Nəml surəsi, 22)📋
- Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət ordusu toplandı. Onlar nizamla düzülüb gedirdilər.
(Nəml surəsi, 17)📋