Allah qatında zənginliyin heç bir dəyəri yoxdur MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allah qatında zənginliyin heç bir dəyəri yoxdur" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman edib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar.
(Səba surəsi, 37)📋
- Mal-mülk və övladlar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir.
(Kəhf surəsi, 46)📋
- Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.
(Taha surəsi, 131)📋
- Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz,
(Leyl surəsi, 8)📋
- Və ən gözəl olanı təkzib edərsə,
(Leyl surəsi, 9)📋
- Onun üçün də ən çətin olanı asanlaşdırarıq.
(Leyl surəsi, 10)📋
- Ora düşdüyü zaman mal-mülkü ona heç bir fayda verməz.
(Leyl surəsi, 11)📋
- Nə malları, nə də övladları Allaha qarşı onlara fayda verəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Mücadilə surəsi, 17)📋