""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman edib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar.
(Səba surəsi, 37)📋
- Mal-mülk və övladlar dünya həyatının zinətidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid bağlamaq etibarilə daha xeyirlidir.
(Kəhf surəsi, 46)📋
- Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.
(Taha surəsi, 131)📋
- Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz,
(Leyl surəsi, 8)📋
- Və ən gözəl olanı təkzib edərsə,
(Leyl surəsi, 9)📋
- Onun üçün də ən çətin olanı asanlaşdırarıq.
(Leyl surəsi, 10)📋
- Ora düşdüyü zaman mal-mülkü ona heç bir fayda verməz.
(Leyl surəsi, 11)📋
- Nə malları, nə də övladları Allaha qarşı onlara fayda verəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Mücadilə surəsi, 17)📋