Dünya həyatı bir aldanışdır MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Dünya həyatı bir aldanışdır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey insanlar, şübhəsiz ki, Allahın vədi haqdır. Elə isə, dünya həyatı sizi aldatmasın və aldadıcı(lar) da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın.
(Fatir surəsi, 5)📋
- Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)📋
- Ey insanlar, Rəbbinizdən çəkinin! Nə valideynin övlada, nə də övladın valideynə fayda verə bilməcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!
(Loğman surəsi, 33)📋