İnkar edənlər dünyanı axirətdən üstün tutarlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"İnkar edənlər dünyanı axirətdən üstün tutarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Xeyr! Əksinə, siz tez keçib-gedəni (dünyanı) sevirsiniz.
(Qiyamət surəsi, 20)📋
- Axirəti isə ehmal edirsiniz.
(Qiyamət surəsi, 21)📋
- Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına və Allahın inkar edənlər qövmünü doğru yola yönəltmədiyinə görədir.
(Nəhl surəsi, 107)📋
- Allah dilədiyi kimsəyə ruzisini bol verər, dilədiyinin ruzisini də azaldar. Onlar dünya həyatı ilə sevinib təkəbbürləndilər. Halbuki dünya həyatı axirət ilə müqayisədə yalnız müvəqqəti mənfəətdən ibarətdir.
(Rad surəsi, 26)📋
- Bizimlə qarşılaşacaqlarını ümid etməyib dünya həyatına razı olaraq onunla rahatlıq tapanlar və ayələrimizdən qafil olanlara gəldikdə,
(Yunis surəsi, 7)📋
- Həqiqətən, bunlar tez keçib gedəni (dünyanı) sevirlər, ağır bir günü (axirəti) isə ehmal edirlər.
(İnsan surəsi, 27)📋