Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?!
(Məhəmməd surəsi, 14)
Onların arasında səni dinləyənlər də var. Nəhayət, sənin yanından çıxdıqları zaman elm verilmiş kimsələrdən: “O (Məhəmməd) bir az əvvəl nə deyirdi?” - deyə soruşurlar. Onlar Allahın qəlbinə möhür vurduğu və öz nəfslərinin arzularına uyan kimsələrdir.
(Məhəmməd surəsi, 16)