İnkar edənlər nəfslərinə tabe olub istək və həvəslərini üstün tutarlar MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"İnkar edənlər nəfslərinə tabe olub istək və həvəslərini üstün tutarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan?
(Furqan surəsi, 43)📋
- Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?!
(Məhəmməd surəsi, 14)📋
- Onlardan bəziləri gəlib səni dinləyər. Sonra yanından çıxıb getdikləri zaman, elm verilmiş kimsələrə: “O (Məhəmməd) bir az əvvəl nə deyirdi?” – deyə soruşarlar. Onlar Allahın qəlbinə möhür vurduğu və öz nəfsinin arzularına uyan kimsələrdir.
(Məhəmməd surəsi, 16)📋