MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey iman edən bəndələrim! Şübhəsiz ki, Mənim yer üzüm genişdir. Yalnız Mənə ibadət edin!
(Ənkəbut surəsi, 56)📋
- Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizə gələcək acı günün əzabından qorxuram”.
(Hud surəsi, 26)📋
- Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Mən Onun tərəfindən sizi xəbərdar etmək və müjdələmək üçün göndərilmişəm.
(Hud surəsi, 2)📋
- (Şura surəsi, 213)📋
- De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
(Ali İmran surəsi, 64)📋
- Kitab verdiyimiz kimsələr, sənə nazil etdiyimizə (Qurana) görə sevinirlər. Ancaq (sənin əleyhinə olan) dəstələrdən bəziləri onun bir qismini inkar edirlər. De: “Mənə ancaq Allaha ibadət etməyim və Ona şərik qoşmamağım əmr olunmuşdur. Mən Ona dəvət edirəm və axır dönüşüm də Onadır!”
(Rad surəsi, 36)📋
- De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verə bilən şeylərəmi ibadət edirsiniz?! Allah hər şeyi eşidəndir, biləndir”.
(Maidə surəsi, 76)📋