Yalnız Allaha güvənib dayanmaq MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Yalnız Allaha güvənib dayanmaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər Ona qaytarılacaqdır. Elə isə, yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et! Rəbbin sizin etdiklərinizdən qafil deyildir.
(Hud surəsi, 123)📋
- Yenilməz qüvvət sahibi və mərhəmətli olan Allaha təvəkkül et!
(Şuəra surəsi, 217)📋
- Allaha təvəkkül et! Vəkil (qoruyan) olaraq Allah yetər.
(Əhzab surəsi, 3)📋
- Ölümsüz və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et! Onun, bəndələrinin günahlarından xəbərdar olması kifayətdir.
(Furqan surəsi, 58)📋
- Ey iman edənlər, Allahın sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər.
(Maidə surəsi, 11)📋