""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Halbuki onlar daha əvvəl (düşmənə) arxalarını çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilən sözün məsuliyyəti vardır.
(Əhzab surəsi, 15)📋
- Minik təmin etməyin üçün sənin yanına gəldiklərində: “Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur.
(Tövbə surəsi, 92)📋
- Ancaq imkanı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər qınanmalıdırlar. Onlar arxadakılarla birlikdə qalmağa razı oldular. Allah onların qəlbinə möhür vurmuşdur. Onlar artıq anlamazlar.
(Tövbə surəsi, 93)📋
- Onların vəzifəsi itaət etmək və gözəl söz söyləməkdir. (Cihad barəsindəki) iş qətiləşdikdə Allaha (verdikləri sözə) sadiq qalsaydılar, şübhəsiz ki, onlar üçün daha yaxşı olardı.
(Məhəmməd surəsi, 21)📋