İman gətirdikdən sonra küfrə düşməmək MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"İman gətirdikdən sonra küfrə düşməmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Möminlər o kəslərdir ki, Allaha və elçisinə iman edər, sonra da bundan əsla şübhəyə düşməz və Allah yolunda malları və canları ilə cihad edərlər. Məhz onlar sadiq olanlardır.
(Hucurat surəsi, 15)📋
- Üzr istəməyin! Siz iman etdikdən sonra (təkrar) inkar edən oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”.
(Tövbə surəsi, 66)📋