""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey iman edənlər! Əgər kitab əhlindən olan bir dəstəyə tabe olsanız, onlar imanınızdan sonra sizi (təkrar) küfrə (cahiliyyə dövrünə) döndərərlər.
(Ali İmran surəsi, 100)📋
- Ey iman edənlər! Əgər inkar edənlərə itaət etsəniz, sizi geri (öz dinlərinə) döndərərlər və siz də ziyana uğramış halda geri qayıdarsınız.
(Ali İmran surəsi, 149)📋