Allahın verdikləriylə həddi aşmamaq MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Allahın verdikləriylə həddi aşmamaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Allah bunları ona görə yazmışdır ki,) əlinizdən çıxanlara görə kədərlənməyəsiniz və Allahın sizə verdiklərinə görə sevinib qürrələnməyəsiniz. Allah özünü bəyənib qürrələnənləri sevməz.
(Hədid surəsi, 23)📋
- Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz.
(Qəsas surəsi, 76)📋
- Özlərini insanlara göstərmək və (insanları) Allah yolundan döndərmək üçün təkəbbürlənərək yurdlarından çıxan (inkar edənlər) kimi olmayın! Allah onların etdiklərini əhatə etmişdir (etdiklərindən xəbərdardır).
(Ənfal surəsi, 47)📋