Nəfsi təmizləmək MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Nəfsi təmizləmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.
(Təğabun surəsi, 16)📋
- And olsun nəfsə, onu yaradıb surət verənə,
(Şəms surəsi, 7)📋
- Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)!
(Şəms surəsi, 8)📋
- Nəfsini günahdan təmizləyən nicat tapmışdır.
(Şəms surəsi, 9)📋
- Nəfsini günaha batıran isə ziyana düşmüşdür.
(Şəms surəsi, 10)📋
- İnsanlardan eləsi də var ki, Allahın rizasını istəyərək öz canını verər. Allah bəndələrinə qarşı şəfqətlidir.
(Bəqərə surəsi, 207)📋