Öz nəfsinə zülm etməmək MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
"Öz nəfsinə zülm etməmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Şübhəsiz ki, Allah insanlara əsla zülm etməz, ancaq insanlar özləri özlərinə zülm edərlər.
(Yunis surəsi, 44)📋
- (İnkar edənlər) mələklərin onların yanına gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
(Nəhl surəsi, 33)📋
- Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz.
(Kəhf surəsi, 49)📋