And olsun tövşüyə-tövşüyə qaçan atlara!
And olsun (Nalları ilə daşlardan) qığılcım qoparan atlara!
And olsun sübh çağı hücum edən atlara!
And olsun toz qopardan atlara!
And olsun qoşunun içinə girən atlara!
Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.
Əlbəttə, o özü də buna şahiddir.
Həqiqətən, o, var-dövləti çox sevir.
O bilmirmi ki, ölü olanlar (təkrar dirildilib) çıxardılacağı zaman,
Qəlbdə olanlar aşkar ediləcəyi zaman,
O gün Rəbbi onlardan xəbərdardır!