Hər bir qeybət edən və tənə vuranın vay halına!
O, mal-mülk yığar və onu dönə-dönə sayar.
O, mal-mülkünün onu əbədi saxlayacağını zənn edər.
Xeyr! O mütləq Hütəməyə atılacaqdır.
Sən haradan biləsən ki, Hütəmə nədir?!
O, Allahın alovlandırılmış odudur.
O od (yandıra-yandıra) qəlbə çatar.
Həqiqətən, o od onların üzərini örtəcəkdir.
Onlar uzun sütunlara bağlanacaqlar.