🏠
×
Qureyş surəsi
Qureyş surəsi
1.
Qüreyşə asanlaşdırıldığı üçün,
2.
Onların qış və yay səyahətləri asanlaşdırıldığı üçün,
3.
Onlar bu evin Rəbbinə ibadət etsinlər!
4.
O Rəbb ki, onlara aclıqdan sonra yemək, qorxudan sonra əmin-amanlıq verdi.