Rəhman (mərhəmətli Allah)!
Günəş və ay müəyyən bir ölçüyə görə hərəkət edir.
Bitkilər də, ağaclar da Allaha səcdə edir.
O, göyü ucaltdı və mizanı (tərəzini) qoydu ki,
Tərəzidə həddi aşmayasınız.
Tərəzidə ədalətə riayət edin və çəkini əskiltməyin!
O, yer üzünü canlılar üçün yaratdı.
Orada meyvələr və salxımlı xurma ağacları var.
Saçaqlı dənli və xoş ətirli bitkilər var.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
O, insanı saxsı kimi quru palçıqdan yaratdı.
Cinləri də tüstüsüz oddan yaratdı.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
O, iki məşriqin də, iki məğribin də Rəbbidir.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
O, yan-yana duran iki dəniz meydana gətirdi.
Onların arasında maneə var və buna görə də bir-birinə qarışmazlar.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Hər ikisindən də inci və mərcan çıxar.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Yer üzündəki hər kəs fanidir.
Əzəmətli və kərəm sahibi Rəbbinin zatı isə əbədidir.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Göylərdə və yerdə kim varsa, hamısı Ondan istəyər. O hər gün (hər an) bir işdədir.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Ey ağır yükü olan (insan və cin tayfası)! Sizə də (haqq-hesab üçün) vaxt ayıracağıq.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını keçib getməyə gücünüz çatırsa, keçin! Qüdrətiniz olmadan əsla keçə bilməzsiniz.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Sizin üstünüzə oddan bir alov və tüstü göndərilər və siz bir-birinizə kömək də edə bilməzsiniz.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Sonra göy yarılıb, yağ kimi əriyib qıpqırmızı gül olduğu zaman;
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
O gün insana da, cinə də günahı soruşulmaz.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Günahkarlar simalarından tanınar, kəkillərindən və ayaqlarından yaxalanarlar.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Bu, günahkarların yalanladıqları cəhənnəm odudur!
Onlar odla qaynar su arasında dolaşıb durarlar.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Rəbbinin hüzurundan (Ona hesab verməkdən) qorxanlar üçün iki cənnət vardır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Hər ikisində də növbənöv ağaclar vardır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
İkisində də iki axar bulaq vardır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
İkisində də hər meyvədən iki növ vardır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Cənnət əhli) astarları atlazdan olan döşəklərə söykənəcəklər. Hər iki cənnətin meyvələri (dərə bilmələri üçün onlara) yaxın olacaqdır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Orada gözləri ərindən başqasını görməyən qadınlar vardır. Bundan əvvəl onlara nə bir insan, nə də bir cin toxunmuşdur.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Onlar sanki yaqut və mərcandırlar.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
O ikisindən əlavə iki cənnət də vardır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
O ikisində fışqıran iki bulaq vardır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
İkisində də hər cür meyvə, xurma və nar vardır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Orada xoşxasiyyətli və gözəl simalı qadınlar vardır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Çadırlarda gözləri ərlərindən başqasını görməyən qadınlar vardır.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Onlara bundan əvvəl nə bir insan, nə də bir cin toxunmuşdur.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
(Cənnət əhli) yaşıl mütəkkələrə və gözəl naxışlı döşəkcələrə söykənəcəklər.
Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?!
Əzəmət və kərəm sahibi olan Rəbbinin adı çox ucadır!