🏠
×
Qiyamət surəsi
Qiyamət surəsi
1.
And içirəm qiyamət gününə!
2.
And içirəm özünü qınayan nəfsə!
3.
İnsan elə zənn edir ki, Biz onun sümüklərini bir yerə yığa bilməyəcəyik?
4.
Bəli, Biz onun barmaq uclarını belə əvvəlki hala gətirməyə qadirik.
5.
Ancaq insan önündəkini (qiyaməti) yalanlamaq istəyir.
6.
O (istehza edərək): “Qiyamət günü nə zaman olacaq?” - deyə soruşur.
7.
Göz bərəldiyi zaman,
8.
Ay tutulduğu zaman,
9.
Günəş və ay bir yerə gətirildiyi zaman,
10.
O gün insan: “Hara qaçmaq olar?” - deyəcəkdir.
11.
Xeyr! Heç bir sığınacaq yer olmayacaqdır.
12.
O gün gediləcək yer yalnız Rəbbinin hüzurudur.
13.
O gün insana etdiyi və təxirə saldığı hər şey xəbər veriləcəkdir.
14.
İnsan öz nəfsinə qarşı bəsirətdir.
15.
Üzrxahlıq etsə belə (bu ondan qəbul olunmayacaqdır)!
16.
(Ey elçi! Cəbrail sənə vəhy gətirdiyi zaman) onu tələm-tələsik oxumaq üçün dilini tərpətmə!
17.
Şübhəsiz ki, onu (sənin yaddaşında) cəm etmək və oxutmaq Bizə aiddir.
18.
Ona görə də Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə!
19.
Sonra şübhəsiz ki, onu bəyan etmək də Bizə aiddir.
20.
Xeyr! Əksinə, siz tez keçib-gedəni (dünyanı) sevirsiniz.
21.
Axirəti isə ehmal edirsiniz.
22.
Elə üzlər var ki, o gün parıldayacaq,
23.
Rəbbinə baxacaqdır.
24.
Elə üzlər də var ki, o gün qaralacaq,
25.
Ona belini qıran bir əzab veriləcəyini anlayacaqdır.
26.
Xeyr! Can boğaza çatdığı zaman,
27.
“Son müdaxiləni kim edəcək?” - deyiləcəkdir.
28.
(Can verən isə) bunun ayrılıq olduğunu anlayacaqdır.
29.
Və (ölüm qorxusundan) ayaqları bir-birinə dolaşar.
30.
O gün onun aparılacağı yer Rəbbinin hüzurudur.
31.
O nə sədəqə vermiş, nə də namaz qılmışdı.
32.
Lakin haqqı yalanlamış və üz döndərmişdi.
33.
Sonra lovğalanaraq ailəsinin yanına getmişdi.
34.
Sən buna (bu əzaba) layiqsən!
35.
Yenə də sən buna (bu əzaba) layiqsən!
36.
İnsan özbaşına buraxılacağınımı zənn edir?!
37.
O, (ana rəhminə) atılan bir nütfə deyildimi?!
38.
Sonra o ələqə (rüşeym) oldu və Allah onu yaradıb surət verdi.
39.
Beləcə, ondan bir cüt - kişi və qadını yaratdı.
40.
Elə isə Allah ölüləri təkrar diriltməyə qadir deyilmi?!