🏠
×
İnşiqaq surəsi
İnşiqaq surəsi
1.
Göy yarılacağı,
2.
Və Rəbbini dinləyib itaət edəcəyi zaman,
3.
Yer üzü dümdüz ediləcəyi,
4.
İçindəkiləri atıb boşalacağı,
5.
Və Rəbbini dinləyib itaət edəcəyi zaman!
6.
Ey insan! Həqiqətən, sən Rəbbinə qovuşana qədər çalışıb çabalayırsan. Nəhayət, Ona qovuşacaqsan.
7.
Kimin əməl dəftəri sağ tərəfindən verilərsə,
8.
Onun haqq-hesabı asan olacaq,
9.
Və sevinərək ailəsinin yanına qayıdacaqdır.
10.
Ancaq kimin əməl dəftəri arxa tərəfindən verilərsə,
11.
O, yox olmaq (ölmək) istəyəcək,
12.
Və alovlu oda girəcəkdir.
13.
O, (dünyada ikən) ailəsinin yanında sevincli idi.
14.
O heç vaxt (Rəbbinə) dönməyəcəyini zənn edirdi.
15.
Xeyr! Həqiqətən, Rəbbi onu görürdü.
16.
And içirəm şəfəqə,
17.
Gecəyə və qoynuna aldıqlarına,
18.
Bədirlənmiş aya!
19.
Həqiqətən, siz (ölüm) mərhələlərdən keçəcəksiniz.
20.
Onlara nə olub ki, iman etmirlər?
21.
Özlərinə Quran oxunduğu zaman səcdə etmirlər.
22.
Əksinə, inkar edənlər (Quranı və axirəti) təkzib edirlər.
23.
Halbuki Allah onların gizlətdiklərini yaxşı bilir.
24.
Ona görə də sən onlara ağrılı-acılı bir əzabla müjdə ver!
25.
Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.