🏠
×
Büruc surəsi
Büruc surəsi
1.
And olsun içində bürclər olan göyə!
2.
And olsun vəd olunan günə!
3.
And olsun şahidlik edənə və şahidlik edilənə!
4.
Xəndək əhli öldürüldü.
5.
(O xəndək ki,) yanacaqla alovlandırılmışdı.
6.
O zaman onlar xəndəyin ətrafında oturub,
7.
Möminlərə etdiklərini seyr edirdilər.
8.
Onlardan yalnız qüdrətli və hər cür tərifə layiq olan Allaha iman etdikləri üçün intiqam alırdılar.
9.
O Allah ki, göylərin və yerin hökmranlığı Ona məxsusdur. Allah hər şeyə şahiddir.
10.
Şübhəsiz, mömin kişi və qadınlara işgəncə verib sonra da tövbə etməyənlər üçün cəhənnəm və onun yandırıb-yaxan əzabı vardır.
11.
İman edib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur!
12.
Həqiqətən, Rəbbinin (inkar edənləri) yaxalaması çox şiddətlidir.
13.
Əlbəttə, yoxdan var edən də, (ölümdən sonra təkrar həyata) qaytaran da Odur.
14.
O, çox bağışlayandır, çox sevəndir.
15.
Ərşin sahibidir, şanı ucadır.
16.
İstədiyini edəndir.
17.
(Ey elçi!) Ordular barəsindəki xəbərlər sənə gəlib çatdımı?
18.
Firon və Səmudun orduları!
19.
Xeyr! İnkar edənlər hələ də təkzib edirlər.
20.
Allah isə onları hər tərəfdən əhatə etmişdir.
21.
Xeyr! O, uca bir Qurandır!
22.
Qorunan lövhədədir (lövhi-məhfuzdadır).