And olsun göyə və tariqə (gecə yolçusuna)!
Sən haradan biləsən ki, tariq nədir?!
O, qaranlığı yarıb keçən ulduzdur.
Elə bir kimsə yoxdur ki, onun üstündə (əməllərini yazan) nəzarətçi bir mələk olmasın!
İnsan nədən yaradıldığına bir nəzər salsın!
O, atılan bir sudan yaradılmışdır.
O su bel və köks sümüklərinin arasından çıxar.
Şübhəsiz ki, Allah onu təkrar diriltməyə də qadirdir.
O gün bütün sirlər ortaya çıxarılacaqdır.
Onun nə gücü, nə də köməkçisi olacaqdır.
And olsun geri dönən səmaya!
And olsun (bitkilərin bitməsi üçün) yarılan yerə!
Həqiqətən, o (Quran haqq ilə batili), ayırd edən bir kəlamdır.
Ona görə də inkar edənlərə möhlət ver! Onlara bir az da möhlət ver!