🏠
×
Əla surəsi
Əla surəsi
1.
Ən uca olan Rəbbinin adını təsbeh et!
2.
O, hər şeyi yaradıb nizama saldı.
3.
O, hər şeyin miqdarını təyin etdi və doğru yolu göstərdi.
4.
O, (torpaqdan) otlağı çıxartdı.
5.
Sonra da onu qaralmış quru bir samana çevirdi.
6.
Biz sənə Quranı oxudacağıq və o sənin yadından çıxmayacaq.
7.
Allahın istədiyi bundan istisnadır! Şüb­həsiz ki, O, aşkar olanı da, gizli olanı da bilir.
8.
Biz sənə ən asan olanı müyəssər edəcəyik.
9.
Əgər öyüd vermək fayda verirsə, sən öyüd-nəsihət ver!
10.
Allahdan qorxan nəsihəti qəbul edəcəkdir.
11.
Bədbəxt (inkar edən) isə ondan uzaq duracaqdır.
12.
O, ən böyük oda girəcəkdir.
13.
Sonra orada nə öləcək, nə də yaşayacaqdır.
14.
Günahlardan təmizlənən qurtulacaqdır.
15.
(O kəs ki,) Rəbbinin adını zikr edən və namaz qılar.
16.
Ancaq siz dünya həyatını üstün tutursunuz.
17.
Halbuki axirət daha xeyirli və daha əbədidir.
18.
Həqiqətən, bunlar əvvəlki kitablarda da mövcuddur
19.
İbrahimin və Musanın səhifələrində.