(Ey elçi!) Hər tərəfi bürüyənin (qiyamətin) xəbəri sənə gəlib çatdımı?!
O gün elə üzlər vardır ki, zəlil bir halda olacaqlar.
Onlar (xilas olmaq üçün) çırpınacaqlar, (ancaq boş yerə) yorulacaqlar.
Onlar qızmar oda girəcəklər.
Onlara qaynar su bulağından içirdiləcəkdir.
Onların quru tikandan başqa yeməkləri olmayacaqdır.
(O yemək onları) nə doydurar, nə də aclıqdan xilas edər.
O gün elə üzlər də vardır ki, sevinclidirlər.
Onlar (dünyada) etdiklərindən razıdırlar.
Orada boş söz eşitməzlər.
Orada axar çeşmələr vardır.
(Çeşmə başlarına) qoyulmuş qədəhlər,
Yan-yana düzülmüş yastıqlar,
Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!
Göyün necə yüksəldildiyinə,
Dağların necə yerləşdirildiyinə,
Yer üzünün necə döşəndiyinə (baxmırlarmı)?!
(Ey elçi!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.
Sən onları məcbur edən deyilsən.
Ancaq kim üz döndərər və haqqı inkar edərsə,
Allah onu ən böyük əzabla cəzalandıracaqdır.
Şübhəsiz ki, onların dönüşü Bizədir.
Sonra onları sorğu-suala çəkmək də Bizə məxsusdur.