🏠
×
Duha surəsi
Duha surəsi
1.
And olsun səhərə!
2.
And olsun sakitləşməkdə olan gecəyə!
3.
Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu.
4.
Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir.
5.
Tezliklə Rəbbin sənə (nemət) verəcək, sən də razı qalacaqsan.
6.
O səni yetim görüb sənə sığınacaq vermədimi?!
7.
Səni çaşqın halda görüb doğru yola yönəltmədimi?!
8.
Səni yoxsul görüb zəngin etmədimi?!
9.
Elə isə yetimi xor görmə!
10.
İstəyəni də qovma!
11.
Və Rəbbinin sənə olan nemətindən bəhs et!