And olsun əncirə və zeytuna!
And olsun (Allahın Musa ilə danışdığı) Sinay dağına!
And olsun əmin-amanlıq içində olan bu şəhərə (Məkkəyə)!
Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq.
Sonra onu aşağıların ən aşağısı etdik.
Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.
Bəs daha sonra haqq-hesabı (axirəti) təkzib etməyə səni vadar edən nədir?
Allah hökm verənlərin ən üstünü deyilmi?!