🏠
×
Ələq surəsi
Ələq surəsi
1.
Yaradan Rəbbinin adı ilə oxu!
2.
O, insanı ələqdən (laxtalanmış qandan) yaratdı.
3.
Oxu! Rəbbin böyük kərəm sahibidir.
4.
O, qələmi (yazmağı) öyrətdi.
5.
O, insana bilmədiklərini öyrətdi.
6.
Xeyr! Həqiqətən, insan çox azğınlıq edir.
7.
Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür.
8.
Şübhəsiz ki, axır dönüş Rəbbinədir.
9.
Mane olanı gördünmü -
10.
Namaz qılan bir bəndəyə?!
11.
De görək, əgər o bəndə doğru yoldadırsa,
12.
Yaxud təqvanı (Allahdan qorxmağı) əmr edirsə, onda necə?!
13.
De görək, əgər o haqqı yalanlayır və üz döndərirsə, onda necə?!
14.
O bilmirmi ki, Allah (onu) görür?!
15.
Xeyr! Əgər (bu əməllərinə) son qoymazsa, onun kəkilindən tutacağıq
16.
O yalançı, günahkar kəkilindən!
17.
Qoy o öz tərəfdarlarını çağırsın.
18.
Biz də zəbaniləri (cəhənnəm mələklərini) çağıracağıq.
19.
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş!