🏠
×
Qədr surəsi
Qədr surəsi
1.
Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik.
2.
Sən haradan biləsən ki, Qədr gecəsi nədir?!
3.
Qədr gecəsi min aydan daha xeyirlidir.
4.
O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir iş üçün (yer üzünə) enərlər.
5.
O gecə dan yeri ağarana qədər salamatlıqdır (əmin-amanlıqdır).