🏠
×
Zəlzələ surəsi
Zəlzələ surəsi
1.
Yer şiddətlə titrəyəcəyi zaman,
2.
Yer öz yükünü çıxardacağı zaman,
3.
Və insan: “Ona nə oldu?” - deyəcəyi zaman,
4.
O gün yer şahid olduğu hər şeyi xəbər verəcək.
5.
Çünki bunu ona Rəbbin vəhy etmişdir.
6.
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (məhşər yerindən) ayrılacaqlar.
7.
Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək,
8.
Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir.