🏠
×
Ondan başqa ilah yoxdur - Ayə Axtar
Ondan başqa ilah yoxdur
1.
Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur. (Ali İmran surəsi, 18)
2.
Allah buyurmuşdur: “İki ilah qəbul etməyin! O Allah, tək bir ilahdır. Elə isə, yalnız Məndən qorxun!” (Nəhl surəsi, 51)
3.
De: “O Allah təkdir! (İxlas surəsi, 1)
4.
O, Özündan başqa heç bir ilah olmayan Allahdır. Dünyada da, axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur. Siz Ona qaytarılacaqsınız. (Qəsas surəsi, 70)
5.
Sizin ilahınız tək olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. O, Rəhmandır, Rəhimdir! (Bəqərə surəsi, 163)