(Cəbrail belə demişdi: ) “Biz ancaq Rəbbinin əmri ilə enərik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, hamısı Ona məxsusdur. Rəbbin (səni) unudan deyildir”. (Məryəm surəsi, 64)
Musa dedi: “Onların məlumatı Rəbbimin dərgahındakı bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim əsla xəta etməz və əsla unutmaz!” (Taha surəsi, 52)
Onların etdiyi hər şey kitablarda (əməl dəftərlərində) mövcuddur. (Qəmər surəsi, 52)
Böyük-kiçik hər bir şey yazılmışdır. (Qəmər surəsi, 53)