🏠
×
Ən gözəl adların sahibidir - Ayə Axtar
Ən gözəl adların sahibidir
1.
O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir. (Həşr surəsi, 24)
2.
Ən gözəl adlar (əsmayi-hüsna) Allaha məxsusdur. Elə isə Ona bu adlarla dua edin! Onun adları barəsində əyri yolu tutanları isə tərk edin! Onlar etdikləri əməllərə görə cəzalandırılacaqlar. (Əraf surəsi, 180)
3.
De: “İstər Allaha, istərsə də Rəhmana dua edin; hansını deyib dua etsəniz olar. Çünki ən gözəl isimlər Ona məxsusdur”. Namaz qılarkən nə ucadan, nə də ürəyində oxu! O ikisinin arasında bir yol tut! (İsra surəsi, 110)
4.
Allahdan başqa heç bir ilah yoxdur! Ən gözəl isimlər (əsmayi-hüsna) Ona məxsusdur! (Taha surəsi, 8)