Sur çalınan kimi onlar qalxıb sürətlə Rəbbinə tərəf gedəcəklər. (Yasin surəsi, 51)
İnsan özbaşına buraxılacağınımı zənn edir?! (Qiyamət surəsi, 36)
O, (ana rəhminə) atılan bir nütfə deyildimi?! (Qiyamət surəsi, 37)
Sonra o ələqə (rüşeym) oldu və Allah onu yaradıb surət verdi. (Qiyamət surəsi, 38)
Beləcə, ondan bir cüt - kişi və qadını yaratdı. (Qiyamət surəsi, 39)
Elə isə Allah ölüləri təkrar diriltməyə qadir deyilmi?! (Qiyamət surəsi, 40)
Qiyamət vaxtı da gələcəkdir. Bunda heç bir şübhə yoxdur. Allah ölü olanları dirildəcəkdir. (Həcc surəsi, 7)
Onlar ətrafa səpələnmiş çəyirtkələr kimi, zəlil halda baxaraq (ortaya) çıxacaqlar. (Qəmər surəsi, 7)
İnkar edənlər carçıya tərəf qaçarkən: “Bu çox çətin bir gündür!” - deyəcəklər. (Qəmər surəsi, 8)