Qiyamət qopduğu zaman! (Vaqiə surəsi, 1)
Onun qopacağını heç kim inkar edə bilməz. (Vaqiə surəsi, 2)
O (istehza edərək): “Qiyamət günü nə zaman olacaq?” - deyə soruşur. (Qiyamət surəsi, 6)
Göz bərəldiyi zaman, (Qiyamət surəsi, 7)
Ay tutulduğu zaman, (Qiyamət surəsi, 8)
Günəş və ay bir yerə gətirildiyi zaman, (Qiyamət surəsi, 9)
O gün insan: “Hara qaçmaq olar?” - deyəcəkdir. (Qiyamət surəsi, 10)
Xeyr! Heç bir sığınacaq yer olmayacaqdır. (Qiyamət surəsi, 11)
O gün gediləcək yer yalnız Rəbbinin hüzurudur. (Qiyamət surəsi, 12)
O gün insana etdiyi və təxirə saldığı hər şey xəbər veriləcəkdir. (Qiyamət surəsi, 13)