🏠
×
Şeytanın təsirinə düşməzlər - Ayə Axtar
Şeytanın təsirinə düşməzlər
1.
Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın! (Nəhl surəsi, 98)
2.
Əlbəttə, iman edib Rəbbinə təvəkkül edənlərin üzərində onun (şeytanın) heç bir hökmranlığı yoxdur. (Nəhl surəsi, 99)
3.
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, dərhal Allaha sığın. Çünki O, eşidəndir, biləndir. (Əraf surəsi, 200)
4.
Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər. (Əraf surəsi, 201)
5.
(İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam. (Hicr surəsi, 39)
6.
Ancaq Sənin ixlaslı bəndələrin bundan istisnadır”. (Hicr surəsi, 40)
7.
Allah dedi: “Mənə gətirən doğru yol budur! (Hicr surəsi, 41)
8.
Sənə tabe olan azğın kimsələr istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hakimiyyətin yoxdur!” (Hicr surəsi, 42)