🏠
×
Namaza diqqət edərlər - Ayə Axtar
Namaza diqqət edərlər
1.
Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edərlər. (Ənfal surəsi, 3)
2.
Ancaq namaz qılanlar bundan istisnadır. (Məaric surəsi, 22)
3.
O kəslər ki, namazlarını daim qılarlar. (Məaric surəsi, 23)
4.
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar. (Nur surəsi, 37)
5.
Həqiqətən, möminlər nicat tapmışlar; (Muminun surəsi, 1)
6.
O kəslər ki, namazlarında huşu içindədirlər, (Muminun surəsi, 2)
7.
Namazlara və orta namaza davam edin! Allaha itaətkar bir şəkildə (namaza) durun! (Bəqərə surəsi, 238)
8.
Namazlarında daimdirlər. (Muminun surəsi, 9)