🏠
×
Etibarlı insanlardır - Ayə Axtar
Etibarlı insanlardır
1.
Hud demişdi: “Ey qövmüm! Mən səfeh deyiləm, lakin aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. (Əraf surəsi, 67)
2.
Mən sizə Rəbbimin vəhylərini təbliğ edirəm və sizin üçün etibarlı bir nəsihətçiyəm. (Əraf surəsi, 68)
3.
O iki qızdan biri utana-utana onun yanına gəlib dedi: “Atam heyvanlarımızı suladığına görə haqqını vermək üçün səni çağırır”. Musa onun (Şüeybin) yanına gəldiyi zaman başına gələnləri ona danışdı. O da: “Qorxma! Sən zalım qövmdən xilas olmusan”, - dedi. (Qəsas surəsi, 25)
4.
Qızlardan biri: “Atacan! Onu muzdla (çoban) tut! Həqiqətən, o, muzdla tutduqlarının ən yaxşısı, ən güclüsü və ən etibarlısıdır”, - dedi. (Qəsas surəsi, 26)
5.
Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik. Onlara şərəfli bir elçi gəlmişdi. (Duxan surəsi, 17)
6.
(O belə demişdi:) “Allahın bəndələrini mənə verin! Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm. (Duxan surəsi, 18)
7.
Kral dedi: “Onu mənə gətirin! Onu özümə xas (müşavir) edəcəyəm”. (Kral) onunla danışarkən belə dedi: “Sən bu gün yanımızda yüksək mövqe sahibi, etibarlı bir şəxssən!” (Yusif surəsi, 54)
8.
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm. (Şuəra surəsi, 178)
9.
O (Quran), dəyərli bir elçinin sözüdür. (Təkvir surəsi, 19)
10.
O elçi güclüdür, Ərşin sahibi yanında çox hörmətlidir. (Təkvir surəsi, 20)
11.
Orada (mələklər tərəfindən) itaət ediləndir, mötəbərdir. (Təkvir surəsi, 21)