🏠
×
Pisliyə ən gözəl şəkildə qarşılıq verirlər - Ayə Axtar
Pisliyə ən gözəl şəkildə qarşılıq verirlər
1.
Sən onların yaşamaq üçün bütün insanlardan, hətta müşriklərdən belə daha çox həris olduqlarını görərsən. Onlardan hər biri min il yaşamaq istəyər. Halbuki uzun ömür verilməsi onların heç birini əzabdan uzaqlaşdırmaz. Allah onların etdiklərini görür. (Bəqərə surəsi, 96)
2.
Onlara səbirli olmaları, pisliyi yaxşılıqla dəf etmələri və verdiyimiz ruzidən infaq etmələri səbəbilə mükafatları iki dəfə veriləcəkdir. (Qəsas surəsi, 54)
3.
Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)