🏠
×
Allaha iman etməzlər - Ayə Axtar
Allaha iman etməzlər
1.
İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, - deyirlər. (Bəqərə surəsi, 8)
2.
Bir surə nazil edildiyi zaman onlardan bəziləri: “Bu sizin hansınızın imanını artırdı?” - deyərlər. Möminlərə gəldikdə, bu surə onların imanını artırar və onlar sevinərlər. (Tövbə surəsi, 124)
3.
Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman etmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, - deyərlər. (Bəqərə surəsi, 14)