🏠
×
Möminlərin yanılma içində olduqları qənaətindədirlər - Ayə Axtar
Möminlərin yanılma içində olduqları qənaətindədirlər
1.
Onlara: “İnsanlar iman etdiyi kimi siz də iman edin!” - deyildiyi zaman: “Biz də səfehlər kimi iman edək?” - dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)
2.
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar (sizin haqqınızda): “Bunları, öz dinləri aldatdı”, - deyirdilər. Kim Allaha təvəkkül edərsə, şübhəsiz, Allah qüdrətlidir, hikmət sahibidir. (Ənfal surəsi, 49)
3.
Kaş mələklər üzlərinə və arxalarına vurub: “Dadın yandırıcı cəhənnəm əzabını!” - deyərək inkar edənlərin canlarını alarkən onları görəydin! (Ənfal surəsi, 50)
4.
Bu, etdiyiniz əməllərə görədir. Şübhəsiz ki, Allah bəndələrinə zülm edən deyildir. (Ənfal surəsi, 51)