Onlar pis bir iş gördükləri zaman: “Atalarımızın bu yolda olduğunu gördük. Bunu bizə Allah əmr etmişdir”, - deyirlər. De: “Şübhəsiz, Allah ədəbsizliyi əmr etməz. Allaha qarşı bilmədiyiniz şeylərimi söyləyirsiniz?” (Əraf surəsi, 28)
Onlara: “Allahın nazil etdiyinə və elçiyə tərəf gəlin!” – deyiləndə onlar: “Atalarımızı üzərində gördüyümüz (yol) bizə yetər”, - dedilər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə (onların halı necə olacaq)?! (Maidə surəsi, 104)