🏠
×
Möminləri böhtanlarıyla ləkələməyə çalışarlar - Ayə Axtar
Möminləri böhtanlarıyla ləkələməyə çalışarlar
1.
Firon qövmünün başçıları dedilər: “Həqiqətən, bu, çox bilikli bir sehrbazdır. (Əraf surəsi, 109)
2.
O sizi torpağınızdan çıxartmaq istəyir. Elə isə nə əmr edirsiniz?” (Əraf surəsi, 110)
3.
Onlar isə: “(Quran) qarmaqarışıq yuxulardır. Xeyr, onu özü uydurmuşdur! Xeyr, o bir şairdir! Elə isə, o bizə əvvəlki elçilərə göndərilənə bənzər bir möcüzə gətirsin!” - dedilər. (Ənbiya surəsi, 5)
4.
O, Allah haqqında yalan uyduran bir adamdır. Biz ona inanmırıq”. (Muminun surəsi, 38)
5.
Aramızdan onamı vəhy gəldi? Xeyr! O, lovğa bir yalançıdır”. (Qəmər surəsi, 25)
6.
İnkar edənlər: “Bu (Quran), onun (Məhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar. (Furqan surəsi, 4)