Yaratdığım o kimsəni Mənə burax! (Müddəssir surəsi, 11)
Mən ona çoxlu mal-mülk verdim. (Müddəssir surəsi, 12)
Yanındakı övladlar verdim. (Müddəssir surəsi, 13)
Ona hər cür imkanlar verdim. (Müddəssir surəsi, 14)
Bundan sonra o, yenə də (bu imkanları) artırmağımı istəyir. (Müddəssir surəsi, 15)
Şübhəsiz ki, sənin Rəbbin daim nəzarət edir. (Fəcr surəsi, 14)
İnsana gəlincə, nə zaman Rəbbi onu sınamaq üçün ehtiram göstərib ona nemət bəxş etsə, o: “Rəbbim mənə ehtiram göstərdi!” - deyər. (Fəcr surəsi, 15)
Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər. (Fəcr surəsi, 16)